Çin lideri BRICS-dən imtina etdi
Çin lideri Si Cinpin gələn ay Braziliyada keçiriləcək BRICS sammitində iştirak etməyəcək. SİA xəbər verir ki, bu barədə “South China Morning Post” vəziyyətdən xəbərdar olan anonim mənbəyə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Pekin Çin nümayəndə heyətinə Dövlət Şurasının baş naziri Li Tsyanqın başçılıq edəcəyi barədə ev sahibi tərəfi artıq xəbərdar edib.
Çin liderinin Rio-de-Janeyroya getməkdən imtina etməsinin əsas səbəbi son vaxtlar Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ilə tez-tez görüşməsidir. Onlar 2024-cü ilin noyabrında G20 sammiti zamanı, sonra isə bu ilin yazında Çində keçirilən forumda görüşüblər.
Si Cinpinin BRICS sammitinə səfərinin ləğvi ilə bağlı rəsmi məlumat verilməyib. Yalnız Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Quo Jiakunun açıqlaması var idi ki, bu, vaxtında açıqlanacaq.