Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti sığortaçı seçir
Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti 6 nəqliyyat vasutəsinin könüllü (KASKO) sığortalanması üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 94 manatdır.
İddiaçılar təkliflərini iyulun 15-nə qədər Xidmətin yerləşdiyi Ağcabədi rayonu, Taxta körpü ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyulun 15-də, saat 17:45-də qeyd olunan ünvanda baxılacaq.
Xatırladaq ki, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 26 may 2023-cü il tarixli fərmanı ilə yaradılıb.