Siyasət

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək


Cəzaçəkmə müəssisələrində peşə təhsili üçün infrastruktur, avadanlığın qurulması və təkmilləşdirilməsi işləri həyata keçiriləcək. SİA xəbər verir ki, bu barədə Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planında qeyd olunub.

Plana görə, Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək.

Həmçinin, peşə təhsili prosesinə karyera məsləhətçilərinin, kənar psixoloqların, habelə peşə təhsili üçün zəruri bilik, bacarıq və səriştələrə sahib kənar mütəxəssislərin cəlb edilməsi üçün tədbirlər görüləcək.