MAQATE dərhal İranda fəaliyyətini bərpa etməlidir
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) dərhal İrandakı fəaliyyətini bərpa etməlidir. SİA xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron X hesabında yazıb. “Agentliyin İrandakı missiyasını mümkün qədər tez bərpa edə bilməsi vacibdir. Paris nüvə təhlükəsizliyi üçün mühüm rolu olan MAQATE-ni dəstəkləyir”, – Makron bildirib.
Qeyd edək ki, İran parlamentinin üzvləri MAQATE ilə əməkdaşlığın müvəqqəti dayandırılmasına dair qanun layihəsini təsdiqləyiblər.