Dünya

Suriya və Türkiyənin elektrik şəbəkələri əlaqələndiriləcək


Suriya ilə Türkiyə arasında elektrik enerjisi bağlantısı layihəsi həyata keçiriləcək. SİA SANA agentliyinə istinadla bildirir ki, layihə Suriya Elektrik Baş İdarəsi və Türkiyənin “Levant Elektrik Ticaret” şirkətinin nümayəndə heyətləri arasında keçirilən görüşdə müzakirə edilib.

Layihə çərçivəsində Türkiyədən Suriyaya elektrik enerjisinin ixracı planlaşdırılır. Məqsəd elektrik şəbəkəsinin sabitliyini dəstəkləmək, iki ölkə arasında enerji mübadiləsini genişləndirmək və bu sahədə regional əməkdaşlığı inkişaf etdirməkdir.

Dünya Bankı Suriyaya elektrik xətlərinin bərpası üçün 146 milyon dollar qrant ayırıb. Bu, təxminən 40 ildən sonra Bankın Suriya ayırdığı ilk vəsaitdir.