Ermənistanda yenə qırğın düşüb..?
Ermənistanda təhlükəsizlik qüvvələri Paşinyanla kilsə arasında münaqişə zəminində Gümrüdəki yeparxiyanın binasına soxulublar…
Ermənistanda təhlükəsizlik qüvvələri Gümrüdəki Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının binasına soxularaq axtarışlara başlayıblar.
SİA-nın məlumatına görə, TASS bu barədə vəkil Miqran Poqosyanın sözlərinə istinadən xəbər verir.
…Səhər tezdən 30-a yaxın maska taxmış təhlükəsizlik qüvvəsi Şirak yeparxiyasının binasına soxulublar.
Qeyd olunur ki, hazırda polis əməkdaşları dindarları axtarış aparılan binaya buraxmır.
Bundan əvvəl yeparxiyanın rəhbəri arxiyepiskop Mikael Ajapaxyana qarşı konstitusiya quruluşunu devirməyə çağırışda ittiham edərək cinayət işi açılmışdı.
Bundan da əvvəl Ermənistan İstintaq Komitəsi “Vətən uğrunda” erməni müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanı hakimiyyəti ələ keçirmək məqsədi daşıyan terrorda ittiham edib. O da saxlanılıb.
Əli Babayev