Tailandda hakimiyyətə qarşı etirazlar başlayıb
Tailandın paytaxtı Banqkokda yüzlərlə etirazçı baş nazir Pxetxonqtxan Çinavatın istefasını tələb edir. SİA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Etirazlar Kamboca ilə sərhəddəki gərgin vəziyyətlə bağlıdır.
Agentliyin məlumatına görə, bu, hazırkı “Phıa Thai” partiyası hakimiyyətə gəldikdən sonra hökumət əleyhinə ən böyük etiraz aksiyasıdır.