Dünya

Yaxın Şərq münaqişəsindən Rusiya üçün nəticələr…





Əgər İsrailin tərifli “Dəmir Qübbə”si İran raketlərinə qarşı təsirsizdirsə…



…Rusiya Federasiyası Dövlət Dumasının deputatı Andrey Kolesnik qeyd edib ki, Rusiya İran-İsrail münaqişəsindən dəyərli nəticələr çıxararaq hava hücumundan müdafiə sistemlərinə diqqət yetirməlidir.

SİA-nın məlumatına görə, o, fikirlərini Lenta.Ru-ya müsahibəsində bölüşüb.

Deməli rusiyalı deputat İsrailin “Dəmir Qübbə” sisteminin bütün üstünlüklərinə baxmayaraq, İran raketlərinə qarşı təsirli olmadığına diqqət çəkib.

Parlamentarinin sözlərinə görə, bu, Rusiya Silahlı Qüvvələrinin özünün müdafiə sistemlərinin effektivliyinin artırılmasının zəruriliyini nümayiş etdirir.

…Sülh danışıqlarının ortasında da həmişə gözlənilməz zərbə gözləmək lazımdır: Yaxın Şərqdə nüvə sazişi ilə bağlı danışıqlar gedirdi və nəticədə bu, İsrailin İrana zərbə endirməsinin maskalanmasına çevrildi.

Bunu da Kolesnik deyib.

…Və Britaniyanın “The Times” qəzetində dərc olunan məlumata görə, İsrail hakimiyyəti 2010-cu ildən İranın hərbi obyektlərinə mümkün hücuma hazırlaşırmış.

Məqalədə deyilir ki, İsrail agentləri illərdir İranın nüvə proqramını izləyirdi. Onlar uranın zənginləşdirilməsi üçün istifadə olunan obyektlərin yerini müəyyən etməyə nail olublar.

Əli Babayev