Dünya

Türkiyədə meşə yanğınlarını təşkil etməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb


Türkiyənin ədliyyə naziri Yılmaz Tunç son iki gündə baş verən meşə yanğınlarını təşkil etməkdə şübhəli bilinən 17 nəfərin saxlanıldığını bildirib. SİA xəbər verir ki, nazir bu barədə sosial şəbəkələrdə paylaşım edərək meşə yanğınlarından zərər çəkən vətəndaşlara dəstəyini ifadə edib.

Ədliyyə naziri qeyd edib ki, prokurorluq orqanları yanğınların səbəblərinin hərtərəfli araşdırılmasını davam etdirir.

Onun sözlərinə görə, genişmiqyaslı yanğınların yayıldığı əraziyə düşən Biləcik vilayətinin Gölpazarı rayonundakı həbsxanadan bütün əməkdaşlar və min nəfərdən çox məhkum təxliyə edilib.

Türkiyənin bir sıra vilayətlərində, o cümlədən Ankarada meşə yanğınlarına nəzarət tədbirləri gücləndirilib.