Dünya

Artemi Lebedev ABŞ-ın “çatışmazlıqlarını” açıqlayıb..?


…Deməli rusiyalı dizayner və blogger Artemi Lebedev ABŞ küçələrində müşahidə kameralarının az olduğunu bəyan edib. SİA-nın məlumatına görə, VKontakte-də mövcud olan xəbər icmalında o, bu xüsusiyyəti niyə çatışmazlıq hesab etdiyini də izah edib.

…ABŞ-da 280 min yumurta partiyasının oğurlanması ilə bağlı xəbəri şərh edən blogger CCTV kameralarının faydalarından danışıb.

…Bu hekayə bir daha təsdiqləyir ki, hər işıq dirəyində videokamera olan bir ölkədə yaşamaq daha yaxşıdır, çünki o zaman siz dərhal bütün fırıldaqçıları yarım saat ərzində cəzalandıra bilərsiniz və onlar dələduz olmaq istəyini itirəcəklər.

Nə gözəl, nə gözəl tapıntı…

Bloqçu onu da əlavə edib ki, Amerikada “heç bir yerdə praktiki olaraq heç bir müşahidə kamerası yoxdur”.

Bundan əvvəl Lebedev Nyu-York metrosunu da tənqid edərək, onu “hərəkətdə olan psixi xəstəxana” kimi təsvir edib. O, qeyd edib ki, adi ABŞ sakinləri Nyu-Yorkdakı bu yerdən qaçmağa çalışırlar.

Əli Babayev