Dünya

“Netflix” NASA ilə əməkdaşlığa başladı


“Netflix” raket buraxılışlarını və astronavtların kosmosda gəzintilərini yayımlamağa başlayacaq. SİA xəbər verir ki, yayım şirkəti ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) ilə əməkdaşlığa başlayıb. Bu barədə “Netflix”in “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib: “Netflix kosmosu daha da yaxınlaşdırmaq üçün NASA ilə əməkdaşlıq edir”.

Şirkət aydınlaşdırıb ki, 2025-ci ilin yayından başlayaraq onlar Beynəlxalq Kosmik Stansiyadan raket buraxılışlarını, astronavtların kosmosda gəzintilərini, missiya hesabatlarını və Yerin nəfəs kəsən mənzərələrini canlı yayımlayacaqlar. Xatırladaq ki, iyunun 12-də “Bloomberg” agentliyi ABŞ prezidenti Donald Trampın NASA-nın onlarla proqramından və elmi missiyalarından qurtulmağı planlaşdırdığını bildirib. Nəşrin müəlliflərinin fikrincə, bu, xərclərin ümumi azaldılması siyasətinin bir hissəsidir.