Zaxarova Rusiyanın Ermənistanla bağlı maraqlarını qeyd edib…
Rusiya qardaş Ermənistanın sabitliyində səmimi maraqlıdır və onu inkişaf edən, çiçəklənən ölkə kimi görmək istərdi. SİA-nın məlumatına görə, Lenta.ru-nun müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
…Rusiya səmimi şəkildə qardaş Ermənistanın sabitliyində maraqlıdır. Təkcə ona görə deyil ki, bunlar yüksək ideallardır və bu, ilk növbədə doğrudur, həm də ona görə ki, faydalıdır, – o vurğulayıb.
Diplomatın sözlərinə görə, Moskva Ermənistanı sabit, firavan və inkişaf edən dövlət kimi görmək istərdi.
Onun sözlərinə görə, Moskva respublikada konstitusiya əsasında qanunun aliliyinin qorunmasının tərəfdarıdır. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan həbsdə olan biznesmen Samvel Karapetyanın “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin işçilərini işdən çıxarmaqla hədələyib. Onun sözlərinə görə, siyasi fəaliyyətlə məşğul olan işçilər işdən çıxarılacaq.
Nazlı Almuradova