Biz yeni Masallını gördük…
Füsunkar təbiətə malik Cənub bölgəsinin ən abad və yaşıl rayonlarından biri də Masallıdır. Son 3 ildə Masallının yaşıllğın tikinti işlərinin daha bir ünvanına çevrilməsini desək, yanılmarıq. Bu da möhtərəm Prezidentin uğurlu kadr siyasətinin nəticəsidir. Bir çox məsul vəzifələrdə çalışan Araz Əhmədovun Prezidentin sərəncam ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi rayona yeni ab-hava gətirdi. Başçının özünəməxsus iş üslubu, məqsədyönlü fəaliyyəti qısa müddətdə öz bəhrəsini verdi. Araz müəllim ilk öncə fəaliyyətinə yollardan başladı. İndi Masalının belinə kəmər kimi dolanan yollar yenidən quruldu, onlara asfalt örtüyü çəkildi. Yolların yenidən qurulması təkcə Masallı şəhərində deyil, kəndlərdə də geniş vüsət aldı. Eyni zamanda yollar yaşıl zolaqlarla əhatə olundu.
İcra başçısı rayondakı problemləri öyrənmək üçün kənd və qəsəbələrdə əhali ilə görüşlərə xüsusi diqqət yetirir. Bu görüşlərdə qaldırılan məsələlər, diqqətə çatdırılan problemlər çox vaxt ya yerindəcə, ya da müəyyən vaxtdan sonra həllini tapır.
Ən başlıcası budur ki, başçı, kabinet adamı deyil. Həmişə əhali, ictimaiyyət arasında olmağı xoşlayır. Kabinetinin qapıları da daim qəbula gələnlərin üzünə açıqdır. Vətəndaşların haqlı şikayətlərinə, xeyirxah təkliflərinə həssaslıqla yanaşır və onları ümumi işin xeyrinə həyata keçirmək istəyir… Şəhid ailələrinə tez-tez baş çəkir, qazilərlə mütəmadi görüşür, ehtiyaclarını öyrənir. Rayonun Sosial-İqtisadi inkişafında mühüm rol oynayan sahibkarlığın genişləndirilməsi də daim onun diqqət mərkəzindədir.
İcra başçısının fəaliyyətində Vətən sevgisindən qaynaqlanan təbiət eşqi mühüm yer tutur. Yuxarıda qeyd etdiyimiz kimi, Masallının ölkəmizdə yaşıllığın, abadlığın daha bir ünvanına çevrulməsi məhz bunun nəticəsidir. Belə ki, Masallıda belə bir ənənə yaranıb: Heç kəs çağırış, tapşırıq gözləmədən yaşadığı ərazini, küçəsini abadlaşdırmağı, yaşıllaşdırmağı, mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq etməyi özünə borc bilir.
İcra başçısının rəhbərliyi altında yaz-payız mövsümündə tez-tez rayonda iməciliklərə, ağacəkmə aksiyalarına start verilir. Təbii ki, aksiyalarda əhali könüllü iştirak edir, yaşadığı şəhərin, kəndin, qəsəbənin təbiətinə yeni əlvan naxışlar bəxş edirlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov söhbət zamanı dedi: – Təbiətin, ətraf mühitin mühafizəsi hər şeydən öncə ümumdövlət əhəmiyyətli işdir. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi ölkəmizdə ekoloji tarazlığı həmişə diqqət mərkəzində saxlayır. Dövlət başçısının bu sahədəki tövsiyyə və tapşırıqları təkcə ekoloqlar üçün deyil, bütün əhali üçün, hamımız üçün mühüm fəaliyyət proqramıdır. Yeni texnoloji imkanlar fauna və floramıza tətbiq edilsə də adamlarımızın təbiət sevgisini həmişə önə çəkirik…Keçirdiyimiz aksiyalar, maarifləndirici tədbirlər də bunu aydın göstərir…
Təbiətə həmişə məhəbbətlə, qayğı ilə yanaşmaq, onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanların müqəddəs borcudur. Axı, təbiət heç nəyini bizdən əsirgəmədiyi üçün, biz də, ona borclu qalmamalıyıq. Təbii ki, bu gün Masallının Yiyənkənd Meşəbəyliyinin 16 saylı meşə dolayında əkilən müxtəlif cinsli tinglər sabahın göylərə ucalan ağacları, başqa sözlə desək, yeni bir yaşıllıq zolağı kimi diqqət çəkəcək. Eyni zamanda, bu yerin təmiz ab-havasına yeni şəffaflıq, insanların sağlamlığına yeni sağlamlıq qatacaq. Bir sözlə, bundan həm təbiət, həm də insanlar faydalanacaqdır…
Masallı Rayon İcra Hakimiyyətinin başçısının tapşırığına uyğun olaraq rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.
Belə ki, 15 yanvar 2025-ci il tarixdə Masallı rayonunun Yeyənkənd kəndində Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Birinci Qarabağ Müharibəsi şəhidi İsmayılov Arzuman Əlizamin oğlunun ailəsi üçün tikilmiş fərdi yaşayış evinin açılışı mərasimi, 16 may 2025-ci il tarixində aprel şəhidi Nurlan Əsgərlinin və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin ev muzeyi ilə tanışlıq, 25 aprel 2025-ci il tarixində Masallı Rayon Xəstəxanasında müalicə alan şəhid analarının ziyarət edilməsi və s. həyata keçirilən digər tədbirlər, onun məqsədyönlu fəaıəliyyətindən xəbər verir.
Müşahidələrimiz Masalı haqqında təsəvvürümüzü, bilgilərimizi bir daha genişləndirdi. Diqqət çəkən budur ki, icra başçısı Araz Əhmədov gözləmir ki, kimsə hər hansı bir problem haqqında ona məlumat versin. Əslində tez-tez rayon ərazisini gəzir, problemləri özü axtarıb tapır və həmin problemlərin həlli üçün dərhal tapşırıq verir.
Təbii ki, problemlərinin həllini görən vətəndaşların isə rayon rəhbərinliyinə minnətdarlıq etməkdən başqa sözü qalmır.
Bəli, yüksək təşkilatçılıq, qayğıkeşlik, möhtərəm Prezidentin tapşırıqlarını, tövsiyyələrini dönmədən həyata keçirmək məsuliyyəti olan yerdə sakinlərin razılığı, minnətdarlığı var.
Bir sözlə, biz əvvəllər görmədiyimiz, hazırda isə tikilən, yeniləşən, abadlaşan və yaşıllaşan yeni Masallını gördük.
Bəxtiyar Hüseynov,
Xudaverdi Cavadov,
Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliyinin üzvləri.