Siyasət

ABŞ Ukraynaya silah satışını niyə dayandırdı?


ABŞ ordusunun hər hansı bir missiyanı yerinə yetirmək üçün lazım olan hər şeyə sahib olduğundan əmin olmalıdır. ABŞ Müdafiə Nazirliyi mühüm döyüş sursatlarının, xüsusən də zenit raketlərinin ehtiyatlarının azalması ilə bağlı narahatlıqlar artdıqca, dünya üzrə müttəfiqlərə silah satışını nəzərdən keçirir. Bu barədə Pentaqonun sözçüsü Şon Parnell brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ-ın silah ixracına baxış davam edir və Ukraynadan başqa ölkələrə də təsir edə bilər. “Bu, ABŞ-ın hərbi yardımının müdafiə prioritetlərimizə uyğun olmasını təmin etmək üçün imkanların nəzərdən keçirilməsidir və biz Ukraynaya çatdırılan xüsusi sursatların miqdarı və növləri və ya bu çatdırılmalarla bağlı vaxt qrafikləri ilə bağlı hər hansı yeniləmə təqdim etməyəcəyik”, – Parnell bildirib.

Pentaqonun sözçüsü vurğulayıb ki, Müdafiə Nazirliyi bunu hansı sursatların və hara göndərildiyini qiymətləndirmək üçün “praqmatik, sağlam düşüncəli addım” kimi qiymətləndirir. “Lakin biz bu son məqamı aydınlaşdırmaq istəyirik. Bilin ki, ordumuz dünyanın istənilən yerində, istənilən vaxt, istənilən missiyanı yerinə yetirmək üçün lazım olan hər şeyə malikdir”, – Parnell vurğulayıb.

Xatırladaq ki, ABŞ Ukraynaya silah partiyasının verilməsini dayandırıb. Media Polşadakı anbarlardan gətirilməyən silahların siyahısını öyrənib.

Departamentdən bildiriblər ki, ABŞ hökumətinin müvafiq addımı məhz hansı sursatın və hara göndərildiyini qiymətləndirməyə yönəlib. Pentaqon ABŞ prezidenti Donald Trampa Ukraynaya hərbi yardımla bağlı tövsiyələr verir. Bunu Pentaqonun sözçüsü Şon Parnell brifinq zamanı deyib. “Departament (Müdafiə Nazirliyi – red.) ABŞ Ordusunun döyüş hazırlığını və müdafiə prioritetlərini saxlamaqla bu məqsədə (müharibəyə son qoymaq – red.) nail olmaq üçün öz yanaşmasını diqqətlə nəzərdən keçirir və korreksiya edir”, – deyə rəsmi bildirib.

Onun sözlərinə görə, bu baxış ABŞ-ın hərbi yardımının ABŞ-ın müdafiə prioritetlərinə uyğun olmasını təmin etmək üçün aparılır. “Ukraynaya nə qədər və hansı növ silahlar təhvil verdiyimizi və ya bunun nə vaxt baş verdiyini dəqiq söyləməyəcəyik. Lakin müdafiə naziri prezidentə Ukraynaya gələcək hərbi yardımla bağlı qərarların qəbulu üçün tövsiyələr verməyə davam edəcək”, – Parnell əmin edib.

Onun sözlərinə görə, belə bir addım məhz hansı sursatın və hara göndərildiyini qiymətləndirmək məqsədi daşıyır. Rəsmi bu baxışın hansı silahlara aid olduğunu, nə vaxt tamamlanacağını və ya başqa hansı ölkələrə təsir edəcəyini açıqlamayıb. Xüsusilə, ABŞ Ukraynadan başqa İsrail və Tayvana da hərbi texnika verir.

Xatırladaq ki, Ağ Ev Pentaqonun Ukraynaya bəzi silah növlərinin tədarükünü ABŞ-ın ehtiyatlarının həddən artıq azaldığına görə dayandırdığını təsdiqləyib.

Məlum olduğu kimi, NATO-nun baş katibi Mark Rutte ABŞ hakimiyyətinin ilk növbədə öz ölkələrinin maraqlarını düşünmək istəyini “tam başa düşür”, eyni zamanda Ukraynaya gələcək hərbi dəstəyə çağırır.

Polşa ABŞ-a silah tədarükünün dayandırılmasına cavab verdi

Tramp hökumətinin qərarı “yaxşı xəbər” deyil, Ukraynaya dəstək bütün Avropanın maraqlarına cavab verir, Polşa Müdafiə Nazirliyi qeyd edib.

Baş nazirin müavini – Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış ABŞ-ın Ukraynaya döyüş sursatı və raket tədarükünü dayandırmaq qərarına görə təəssüfləndiyini bildirib. O, bu barədə Varşavada mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, bu qərar Polşa üçün “yaxşı xəbər” deyil, çünki Ukrayna özünü Rusiyadan müdafiə edir və buna görə də ayaqda dura bilməsi üçün onu dəstəkləmək lazımdır. Rəsmi əlavə edib ki, Avropa ölkələri Ukraynaya dəstək üçün səylərini artırmağa çalışır. “Amerikalıların belə bir qərar verməsindən təəssüflənirəm. İstərdim ki, hər şey əksinə olsun”, – nazir əmin edib.

O əlavə edib ki, Rusiya Federasiyası atəşkəs və atəşkəsin bağlanması ilə bağlı “xoş iradə” nümayiş etdirmir. “Bütün qətiyyətlə Ukraynanı dəstəkləməyə davam etmək üçün daha çox səbəb var ki, bu, Polşa və Avropanın maraqlarına uyğundur”, – Kosiniyak-Kamış vurğulayıb.

Qeyd edək ki, Ağ Ev Pentaqonun ABŞ-ın ehtiyatlarının həddən artıq azaldığına görə Ukraynaya müəyyən növ silahların tədarükünü dayandırdığını təsdiqləyib.

Prezident Aparatı ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırmadığını bildirib. Müdafiə Nazirliyi bu məlumatı amerikalı həmkarları ilə dəqiqləşdirir.

V.VƏLİYEV