İyun ayında 17 aptekdə yoxlama aparılıb
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində yoxlamalar aparır.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, mərkəzdən verilən məlumata görə, iyun ayı ərzində Bakı şəhəri üzrə 12, respublikanın digər şəhər və rayonlarında isə 5 aptek olmaqla, ümumilikdə 17 aptekdə yoxlama həyata keçirilib.
Yoxlamalar nəticəsində apteklərdə hər hansı nöqsan qeydə alınmayıb.