Dünya

ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 104-ə çatıb


ABŞ-ın Texas ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 104-ə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər iyulun 4-də yağan güclü yağışlar nəticəsində baş verən sel fəlakətində ölənlərin sayı ilə bağlı açıqlama verib.

Səlahiyyətlilər daşqınlarda həyatını itirənlərin sayının 104-ə çatdığını, axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb. Səlahiyyətlilər daşqınlarda ən çox ölənlərin Kerr bölgəsində baş verdiyini bildirərək, orada 28-i uşaq olmaqla 84 nəfərin həyatını itirdiyi məlumatını paylaşıb. ABŞ-ın cənubundakı Texas ştatında Kerr bölgəsindəki Qvadalupe çayı iyulun 4-də daşaraq daşqınlara səbəb olub.