Sosial

ANAMA işə qəbul elan edir


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Aparatın Satınalmalar və müqavilələrin icrasına nəzarət şöbəsinin böyük mütəxəssisi vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir. Bu barədə SİA-ya ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vəzifənin tutulması şərtləri aşağıdakılardan ibarətdir:

Təhsili: ali;

İxtisası: maliyyə, iqtisadiyyat və idarəetmə, mühasibat uçotu və audit;

İş stajı: müvafiq sahə üzrə azı 2 il iş stajı;

Nəzəri bilikləri: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu və dövlət satınalmalarına dair digər normativ hüquqi aktlar;

Kompüter və proqram təminatı üzrə bilikləri: MS Windows, MS Office (Word, Excel, Power Point), dövlət satınalmalarının vahid internet portalı, internet (yüksək səviyyədə);

Xarici dil bilikləri: İngilis dili (yüksək səviyyədə) və rus dili (orta səviyyədə).

Çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulub.

Maraqlananlar əlaqə telefonunu göstərməklə aşağıdakı sənədləri [email protected] ünvanına göndərməlidir:

– müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

– şəxsiyyət vəsiqəsinin surəti;

– təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);

– əmək kitabçasının surəti.

Sənəd qəbulu cari ilin 20 iyul tarixinədək həyata keçiriləcək.

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.