Siyasət

Azərbaycanla Səudiyyə Ərəbistanı müdafiə və hərbi sahədə əməkdaşlığı müzakirə edib


Azərbaycan və Səudiyyə Ərəbistanının Baş Qərargah rəisləri görüşüb. Bu barədə SİA-ya Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Səudiyyə Ərəbistanının Baş Qərargah rəisi general-leytenant Fəyyad Əl-Ruvayli Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyevi qəbul edib.

Qəbul zamanı ikitərəfli əlaqələrə nəzər salınıb, müdafiə və hərbi sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, həmçinin ümumi maraq doğuran bir sıra mövzular müzakirə edilib.