Siyasət

Milli Məclisin iclası iyulun 14-də keçiriləcək


Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti iclası iyulun 14-də keçiriləcək. SİA xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova sessiyanın bugünkü iclasının sonunda məlumat verib.

O qeyd edib ki, gündəlik barədə ətraflı məlumat veriləcək.

Əldə etdiyimiz məlumata görə, bu, qanunverici orqanın növbədənkənar sessiyası üzrə son iclasıdır.

Xatırladaq ki, parlamentin növbədənkənar sessiyası mayın 30-da 85 deputatın spiker Sahibə Qafarovaya müraciət əsasında çağırılıb.

Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır. Növbədənkənar sessiya bitdikdən sonra deputatlar tətilə buraxılır.