İqtisadiyyat

Bu ilin birinci yarısında Cindən 199 blok-qatar qəbul edilib


Bu ilin birinci yarısında Azərbaycanda dəmir yolu ilə Çindən 199 blok-qatar qəbul edilib. SİA xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının prezidenti Sun Syudo ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, səmərəli əməkdaşlığın nəticəsi olaraq 2024-cü ildə iki ölkə arasında dəmiryol nəqliyyatı ilə daşınan yüklərin həcmi 47% artaraq 612 min ton təşkil edib.

Qeyd olunub ki, 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib, bu ilin 6 ayı ərzində bu göstərici artıq 199 blok-qatar təşkil edib. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir.