İqtisadiyyat

AZƏRTAC xəbər agentliyinə media tərəfdaşlığına görə təşəkkür edirəm


Azərbaycan mediasının AZƏRTAC vasitəsilə bu tədbirdə iştirak etməsindən, panel və müzakirələri, ümumilikdə bütün prosesi işıqlandırmasından böyük qürur duyuruq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki bu sözləri OPEC-in Baş katibi Haysam Əl-Qays Dövlət İnformasiya Agentliyi ilə qurulmuş media tərəfdaşlığı barədə bildirib.

AZƏRTAC Dövlət İnformasiya Agentliyinə OPEC-lə media tərəfdaşlığı edərək, 9-cu OPEC Beynəlxalq Seminarını işıqlandırdığına görə təşəkkürümü bildirmək istəyirəm”, – deyən Baş katib bu əməkdaşlığın gələcəkdə davamlı olacağına ümid ifadə edib.

Qeyd edək ki, 9-10 iyul tarixlərində Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarı qlobal enerji sahəsində aparıcı beynəlxalq tədbirlər sırasında yer alır və enerji sahəsinin yüksəksəviyyəli nazirlərini və liderlərini bir araya gətirərək qlobal enerji sektorunun əsas mövzularını müzakirə etməyə xidmət edir.