Dünya

HƏMAS girovlarla bağlı razılığa gəldi


HƏMAS Qəzza zolağında aparılan atəşkəs danışıqları zamanı 10 girovu azad etməyə razılaşdığını açıqlayıb. SİA xəbər verir ki, bu barədə hərəkatın bəyanatında qeyd olunub. “Mövcud səylərin uğuruna sadiqliyinin bir hissəsi olaraq, hərəkat lazımi çeviklik nümayiş etdirdi və 10 əsiri azad etməyə razı oldu”, – bəyanatda deyilir. Hərəkat nümayəndəsi vurğulayıb ki, hazırda müzakirə olunan əsas məsələlər humanitar yardım axını, İsrail qoşunlarının Qəzza zolağından çıxarılması və daimi atəşkəs üçün real təminatların əldə edilməsidir.