Dünya

Bu, açıq-aşkar ikiüzlülükdür!


Bir sıra Qərb ölkəsinin Tayvan məsələsində status-kvonun saxlanması ilə bağlı bəyanatları ikiüzlülükdür. SİA xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Kuala-Lumpurda ASEAN tədbirlərində iştirakından sonra keçirilən mətbuat konfransında deyib.

“Çinin xarici işlər naziri Van Yi də Tayvan ətrafındakı vəziyyəti bir qədər təfərrüatı ilə xatırladıb, Tayvan məsələsinin Vahid Çin dövləti konsepsiyası əsasında yekun həllinin qaçılmazlığını qətiyyətlə vurğulayıb. Bəzi qərbli həmkarlarımızın Vahid Çin prinsipinə hörmət etdikləri, lakin status-kvonun dəyişdirilə bilməyəcəyi barədə dediyi sözlər bizi heyrətə gətirdi. Bu, məsələdən və hazırda Qərbin Tayvanla necə davranmasından ən kiçik məlumatı olan hər kəs üçün açıq-aşkar görünən ikiüzlülükdür”, – o bildirib.