İqtisadiyyat

“PSG-Kapital İnvestisiya Şirkəti”nin adı dəyişdirilib


“PSG-Kapital İnvestisiya Şirkəti” ASC-nin adı “İnno Kapital İnvestisiya Şirkəti”nə dəyişdirilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, “PSG-Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,25 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% Faiq Məmmədovdur.

Maliyyə qurumu Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının market-meykeridir.