Almaniyada sərnişin avtobusu aşıb, altı nəfər xəsarət alıb
Almaniyanın Aşağı Saksoniya əyalətinin Gifhorn bölgəsində sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində altı nəfər xəsarət alıb. SİA “Bild” qəzetinə istinadla xəbər verir ki, Niderlanddan olan 23 sərnişini daşıyan turist avtobusu idarəetməni itirərək yoldan çıxıb və bir neçə ağaca çırpılıb.
Hadisə nəticəsində xəsarət alanlar arasında avtobusun sürücüsü də var. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Qəza yerinə təcili tibbi yardım briqadaları və helikopterlər cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.