Siyasət

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib


Son 40 gün ərzində beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş və Azərbaycan Respublikası və onun vətəndaşlarının namizəd olduğu 6 seçkidən hamısında qələbə qazanılması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Respublikasına artan etimadın bariz göstəricisidir. Bu barədə SİA-ya XİN-dən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası və onun vətəndaşları aşağıda göstərilən beynəlxalq səviyyəli seçkilərdə qalib gəliblər:

– BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurası (2025-2029-cu illər üzrə)

– BMT Turizmin İcraiyyə Şurası (2025-2029-cu illər üzrə),

– UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Komitə (2025-2029-cu illər üzrə),

– BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyü (2026-2029-cu illər üzrə),

– BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrlik,

– Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Katibi.