Dünya

Türkiyədə yaşayış binasında yanğın zamanı 3 nəfər ölüb


Türkiyənin paytaxtı Ankaranın Çankaya rayonunda yaşayış kompleksinin hündürmərtəbəli binanın dördüncü mərtəbəsində baş verən güclü yanğın zamanı biri azyaşlı olmaqla 3 nəfər ölüb. Bu barədə SİA “Hürriyet”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı daha 20 nəfər tüstüdən zəhərlənib.

Qeyd edilir ki, hadisənin başvermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.