Sən məni yedizdirməlisən, geyindirməlisən, saxlamalısan və…
…Idel Tour-un Beynəlxalq İnkişaf üzrə direktoru Umar Saidov sosial mediada Rusiya və ərəb ölkələrində ailə ənənələrindəki əsas fərqlərdən danışaraq müsəlman qadınların “məzlum” mövqeyi ilə bağlı mifi dağıdıb.
…Bizim ölkədə yaşamağın ərəb ölkəsində nə fərqi var? Ərəb qadınlarının hər həftə sonu ərinin pulunu xərcləmək üçün çölə çıxması…
Burada qadınlar ərlərinə deməkdən utanmırlar: həbibi (sevimli- A.B.), mənə pul ver: sən məni yedizdirməlisən, geyindirməlisən, saxlamalısan, evlə təmin etməlisən.
SİA-nın məlumatına görə, bunu Səidov izah edir.
Onun sözlərinə görə, müsəlman mədəniyyətində kişinin ailədəki rolu ilə bağlı aydın fikirlər mövcuddur ki, bu da rus mentalitetinə qeyri-adi görünə bilər.
…Bizim mentalitetimiz belədir ki, ər də, arvad işləsin. Dağıstanda əgər qız həkimlik oxuyursa, hamı onunla evlənmək istəyir.
…Ərəblərdə bu, ümumiyyətlə, yoxdur. Burada hamı başa düşür ki, ər işləməli, arvadına pul gətirməlidir. Bax, müsəlmanların zorakılığı belədir..(?)
Bunu deyən Səidov qeyd edib ki, ərəb ölkələrində kişinin ailəsi qarşısındakı maddi öhdəlikləri nikahın təbii və mübahisəsiz hissəsi kimi qəbul edilir, Rusiyada isə ailənin təminatında hər iki ər-arvadın bərabər şəkildə iştirak etdiyi model geniş yayılıb.
Əli Babayev