Sosial

Xətai və Xəzər rayonlarında oğurluq edən üç nəfər saxlanılıb


Xətai və Xəzər rayonlarında yerləşən iki obyektdən oğurluq edilib, nəticədə zərərçəkənlərə ümumilikdə 1400 manat maddi zərər vurulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı Ə.Məhərrəmov, 26 yaşlı Ə.Alıyev və 21 yaşlı O.İgdalıyev saxlanılıblar.

Aparılan araşdırmalarla müəyyən olunub ki, Ə.Məhərrəmov daha bir marketdən 350 manat, digər saxlanılan şəxslər isə Xəzər rayonu ərazisində yerləşən iki evdən məişət və texniki əşyalar oğurlayıblar.

Araşdırmalar davam etdirilir.