Nazir Anar Əliyev Daşkəsəndə vətəndaşları qəbul edəcək
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev iyulun 25-də Daşkəsən rayonunda Daşkəsən və Göygöl rayonlarının sakinlərini qəbul edəcək. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Vətəndaşlar 15 – 17 iyul tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.