Fransada kilsəyə qarşı vandalizm aktı törədilib
Fransanın Pireney-Atlantik departamentində yerləşən kilsəyə qarşı vandalizm aktı törədilib SİA “Figaro”ya istinadla xəbər verir ki, səhər kilsəyə gələn keşiş ibadət yerinə böyük həcmdə tullantı atıldığını görüb. Hadisə bazar günü baş versə də, ötən gün axşam saatlarında ictimailəşdirilib.
Din xadiminin jurnalistlərə bildirdiyinə görə, tullantı o qədər çox olub ki, üstündən keçmək mümkün olmayıb. Məsələ ilə bağlı polisə məlumat verilib.