Rusiya İsrailin Suriyaya hücumlarını pisləyib
Rusiya Xarici İşlər Nazirliyi İsrailin Suriyaya hücumlarını pisləyib və bunun ölkənin suverenliyini və beynəlxalq hüququ pozduğunu bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “İsrailin hücumları Suriyanın suverenliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və qınamağa layiqdir. Suriyada yeni zorakılıq dalğası həyəcanvericidir. Hesab edirik ki, bu problemin həllinin yolu dialoqdan və milli birliyin möhkəmləndirilməsindən keçir. Moskva Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət edilməli olduğuna dair ardıcıl mövqeyini bir daha bəyan edir”.