Dünya

Sloveniya İsrailin iki nazirini “persona non-qrata” elan edib


Sloveniyanın xarici işlər naziri Tanya Fajon İsrailin Qəzzaya hücumlarına görə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotrişi “persona non-qrata” elan etdiyini açıqlayıb.

Fajon, Sloveniya Xarici İşlər Nazirliyinin X sosial media hesabında verdiyi məlumatda, İsrail siyasətçiləri Ben-Qvir və Smotriçin hökumətin iclasında Sloveniyada “persona non-qrata” elan edildiyini açıqlayıb.

Nazir Fajon deyib: “Bu qərar Qəzzada dözülməz şəraiti yaxşılaşdırmaq və mülki əhalinin iztirablarına son qoymaq üçün İsrail hökumətinə təzyiq edir”. Bu qərarla Sloveniya israilli nazirlərə qarşı sanksiya tətbiq edən ilk Avropa İttifaqına (Aİ) üzv dövlət oldu. 4 iyun 2024-cü ildə Sloveniya Parlamenti beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) müvafiq qətnamələrinə uyğun olaraq Fələstini 1967-ci il sərhədləri ilə müstəqil və suveren dövlət kimi tanıyıb.