Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha ifadə edirik
Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir. SİA xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail-Suriya qarşıdurmasına münasibət bildirərkən deyib.
“Suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə və siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik. Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir”, – XİN rəsmisi əlavə edib.