Sosial

İnzibati xətalarla əlaqədar “İCMAL” informasiya sistemi yaradılacaq


İnzibati xətalarla əlaqədar “İCMAL” informasiya sistemi yaradılacaq.

SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni – 45-1-ci və 45-2-ci maddələrdə əksini tapıb.

Unikal nömrə verilməyən qərarların icrası mümkün olmayacaq

Beləliklə, inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etməklə bu Məcəlləyə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyü üzrə nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (“İCMAL” informasiya sistemi) yaradılacaq. İnzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların), o cümlədən elektron protokol və elektron qərarların unikal nömrə verilməklə izlənilməsinin təmin edilməsi üçün həmin sənədlər barədə “İCMAL” informasiya sisteminə ötürüləcək. Cərimə növündə inzibati tənbeh tətbiq etməni nəzərdə tutan inzibati xəta haqqında iş üzrə qərarlara, o cümlədən elektron qərarlara “İCMAL” informasiya sistemi vasitəsilə unikal kod verilmədən həmin qərarların icra olunması (o cümlədən dəbbə pulunun hesablanması) tələb edilə bilməz.

Cərimələrin 5%-i “İCMAL” sisteminin saxlanmasına yönəldiləcək