Ərdoğan ŞKTC-yə gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Hərəkatının 51-ci ildönümü münasibətilə keçiriləcək mərasimlərdə iştirak etmək üçün bu gün Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək. SİA xəbər verir ki, o, səfər çərçivəsində Kipr Prezidenti Ersin Tatarla görüşəcək, Türkiyənin dəstəyi ilə həyata keçirilən bəzi layihələrin təməlqoyma və açılış mərasimlərində iştirak edəcək. Ərdoğan 20 İyul Sülh və Azadlıq Günü Rəsmi Mərasimində də çıxış edəcəyi bildirlir.