Siyasət

“Azərbaycan cəmiyyəti media savadlılığı məsələsində KİV ilə aktiv işləyir”


Azərbaycan cəmiyyəti media savadlılığının inkişafı məsələsi başda olmaqla ölkənin kütləvi informasiya vasitələri ilə fəal şəkildə işləyir. SİA-nın verdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunda deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə və uşaqlar arasında media savadlılığının artırılmasına xüsusi diqqət yetirilir: “Biz əminik ki, media savadlılığı olan nəslin formalaşdırılması cəmiyyətimizin informasiya immunitetinin gücləndirilməsinin ən vacib yollarından biridir”.