Kareliyada kayak sürərkən üç turist itkin düşüb
…Kareliyada üç kayakçı turist itkin düşüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Baza Telegram kanalı yazır ki, xilasedicilər axtarış aparır. Telekanalın məlumatına görə, bir qrup turist Kuzova arxipelaqından Arxangelsk vilayətində yerləşən Solovetski adasına kayakla gedirmiş.
Raftinq zamanı hava pisləşib və turistlər geri qayıtmaq qərarına gəliblər.
Dörd turist sağ-salamat adalara çatıb, onlardan ikisi artıq təxliyə edilib, digər ikisi üçün isə Mi-8 helikopteri göndərilib. Üç nəfərin taleyi hələlik məlum deyil.
Yada salaq ki, 2016-cı ilin iyun ayında Kareliyada rafting gəzintiləri zamanı 49 nəfərlik turist qrupu fırtınaya tutulmuşdu.
İki qayıq və bir sal aşıb, 10 nəfər həlak olub.
Nazlı Almuradova