Sosial

III Şuşa Qlobal Media Formunun 3-cü günü başlayıb


Şuşada “Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Qlobal Media Forumunun üçüncü günü başlayıb. SİA-nın verdiyi məlumata görə, forumun 3-cü günündə ilk panelin mövzusu “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” adlı mövzuda müzakirələr olub.

Panelin moderatoru Beynəlxalq xəbər aparıcısı və jurnalist Nadira Tudordur. Çıxışçılar isə Jaffar Hasnain Aparıcı və müxbir, TRT World; Ziphora Maubane Kommunikasiya və təbliğat şöbəsinin rəhbəri, Afrika İttifaqı İnkişaf Agentliyinin Baş Direktorunun Ofisi; Wang Delu Baş redaktorun birinci müavini, Avrasiya Bürosu, Çin Media Qrupu; Şəfəq Mehrəliyeva Fakültə üzvü, Kommunikasiya və Rəqəmsal Media proqramı, ADA Universitetinin əməkdaşları olub.

İyulun 19-da başlayan forum bu gün öz işini yekunlaşdıracaq.