Siyasət

Türkiyə Prezidenti Azərbaycanın Baş prokurorunu qəbul edib


İyulun 22-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi qəbul edib.

SİA xəbər verir ki, Ankarada Prezident Kompleksində keçirilən görüşdə Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk iştirak edib.

Səhər saatlarında Azərbaycanın Baş prokuroru Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ilə görüşüb, həmçinin ölkəmizin Ankaradakı səfirliyində olub.