Dünya

Tramp Avropaya miqrasiyanı dayandırmağı tövsiyə edib…





ABŞ prezidenti əks halda fəlakət olacağını bildirib…



…Avropalılar kütləvi miqrasiyanı dayandırmalıdırlar, əks halda artıq onların Avropası olmayacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp iyulun 25-də Şotlandiyaya səfərindən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun fikrincə, avropalılar immiqrasiya məsələsində “özlərini birləşdirməlidirlər”, əks halda “artıq onların Avropası olmayacaq”.

O, həmçinin xatırladıb ki, Birləşmiş Ştatlar son bir ay ərzində ölkəsinə bir dənə də olsun qeyri-qanuni immiqrantı buraxmayıb və həmçinin “bir çox pis insanları qovub”.

…Lakin siz avropalılar öz ölkələrində bunun baş verməsinə icazə verirsiniz. Və siz Avropada, Avropanın bir çox ölkəsində baş verən bu dəhşətli işğalı dayandırmalısınız. Bu immiqrasiya Avropanı öldürür.

Tramp deyib bunları.

Xatırladaq ki, cümə günü, iyulun 25-də Donald Tramp səfər üçün Şotlandiyaya gəlib. Səfər zamanı o, Böyük Britaniyanın baş naziri Keir Starmer ilə görüşəcək və ölkənin qərb sahilindəki Aberdin yaxınlığındakı malikanəsində qolf oynayacaq.

Əli Babayev