Dünya

Rusiya-Ukrayna liderlərinin görüşünün vaxtı və formatı ilə bağlı danışıqlar davam edir


“Ötən günlərdə üçüncü raundunu tamamladığımız Rusiya-Ukrayna danışıqlarının əsas gündəm maddələrindən biri də liderlərin bir araya gətirilməsi idi. Bu günə qədər danışıqlar humanitar, atəşkəs və liderlərin görüşü olmaqla 3 əsas istiqamətdə aparılır. Hər görüşdə daha çox əsirin, yaralının və məhkumun dəyişdirilməsi ilə bağlı razılığa gəlinir. Hazırda liderlərin görüşünün vaxtı və formatı ilə bağlı danışıqlar davam edir”. SİA xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Balkan Sülh Platformunun birinci toplantısından sonra mətbuata açıqlamasında bildirib.

Balkan Sülh Platformunun iclası haqqında danışan nazir bildirib ki, toplantıda ölkələrin Avropa İttifaqına üzvlük prosesi, ortaq maraq doğuran əməkdaşlıqlar istiqamətində atılacaqlar addımlar müzakirə edilib.