Pilotsuz təyyarələr Sankt-Peterburqun ətraf ərazilərinə hücum edib
…Rusiyanın Leninqrad vilayətində dron hücumları qeydə alınıb. Partlayış səsləri eşidilir.
SİA-nın məlumatına görə, bu barədə ASTRA bildirib.
Xəbər verildiyi kimi, Qatçina, Vsevolojsk, Kronştadt və Volosovski rayonlarında pilotsuz uçuş aparatlarının hərəkəti müşahidə olunub.
Yerli sakinlər söhbətlərdə bildirirlər ki, yəqin ki, bəzi dronlar vurulub – onlar partlayış səsləri eşidiblər.
Bundan əvvəl Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko PUA-ların təhlükəsi barədə xəbərdarlıq etmişdi. Bu səbəbdən Sankt-Peterburqun Pulkovo hava limanı müvəqqəti olaraq təyyarələrin qəbulunu və göndərilməsini dayandırıb.
Məlumata görə, 70-dən çox reys gecikib və ya ləğv edilib. Bundan əlavə, yerli sakinlər bildirirlər ki, Sankt-Peterburqda dronların təhlükəsi elan edildikdən sonra mobil internet demək olar ki, fəaliyyətini dayandırıb.
Nazlı Almuradova