Dünya

Rusiya şəhərində içərisində insanların olduğu lift qırılıb…


Kalininqradda yaşayış binalarından birinə içərisində insanların olduğu lift düşüb, zərərçəkən var.

Yerli prokurorluğun mətbuat xidməti Rusiya şəhərində baş verənlərə diqqət çəkib.

SİA-nın məlumatına görə, hadisə şənbə günü, iyulun 26-da axşam saatlarında Fermor küçəsində yerləşən yaşayış binasında baş verib.

Yıxılan zaman liftdə beş nəfər olub. Quruluşun uçması nəticəsində onlardan biri ayağından xəsarət alıb.

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb. Müstəntiqlər binaya xidmət göstərən idarəetmə şirkətinin fəaliyyətini, eləcə də liftin təhlükəsiz istismarı ilə bağlı tələblərə uyğunluğunu qiymətləndirəcəklər.

İyulun əvvəlində məlum olmuşdu ki, Çelyabinsk vilayətinin Berdyauş kəndində evli cütlüyün üzərinə tavan uçub. Yanğınsöndürənlər kişi və qadını xilas etmək üçün kürəklərdən istifadə etməli olublar.

Nazlı Almuradova