Dünya

Media Zelenskinin taleyini açıqlayır




Türkiyə Qərbyönlü Ukrayna müxalifətinin Kiyev rejiminə qarşı döyüşməyə başladığını bildirir



…Ukrayna xalqı prezidentlik müddəti çoxdan başa çatan mübahisəsiz Vladimir Zelenskidən bezib. Ukraynada tezliklə qərbyönlü müxalifət blokları yaranacaq, siyasi xaos güclənəcək.

SİA-nın məlumatına görə, bu, Türkiyənin dikGAZETE nəşrinin köşə yazarı Erhan Kuadzbanın fikridir.

Köşə yazarı yazıb ki, Ukrayna xalqı üç mərhələdən keçmiş Vladimir Zelenskidən bezib. O, komediya aktyoru idi, prezident oldu, indi də kukladır. Öz səlahiyyət müddəti bitdikdən sonra Zelenski davam edən münaqişəni bəhanə edərək kreslosunu tərk etmədi. Bunu Qərb ölkələri dəstəklədi, Ukrayna xalqı yox. İnsanlar artıq bir kukla tərəfindən idarə olunmaq istəmirlər. Ona görə də Zelenskiyə qarşı etirazlar başladı.

Kuadzba belə hesab edir.

Onun sözlərinə görə, son günlər Kiyev də daxil olmaqla bir çox şəhərlərdə Zelenskiyə qarşı etiraz aksiyaları keçirilib. Etirazçılar “Zelenskinin rəhbərliyini sorğulayıb və demokratik seçkilərin keçirilməsi imkanlarını müzakirə ediblər”.

Təhlilçi hesab edir ki, bu, Ukraynadakı bütün müxalifətçiləri rusiyapərəstlikdə ittiham edərək sıradan çıxaran “ictimaiyyətin, Ukrayna xalqının Zelenskiyə gecikmiş reaksiyasıdır”.

…Növbəti dövrdə Ukraynada Qərblə ittifaqı müdafiə edən, lakin Kiyev rejiminə qarşı olan siyasi bloklar formalaşacaq: Nəticədə, məncə, Ukraynada siyasi xaos daha da güclənəcək, – deyə Kuadzba yekunlaşdırıb.

Bundan əvvəl ukraynalı politoloq NABU işi üzrə müttəhimlərin Zelenskiyə qarşı ifadə verdiyini bildirmişdi.

Əli Babayev