Dünya

Kim Çen In Rusiya-Ukrayna müharibəsinə yeni müdaxilə etməyi planlaşdırır…






Reuters təfərrüatları açıqlayıb.



…Pxenyan 2025-ci ilin avqustunda Rusiyaya əlavə qüvvələr göndərə bilər. Beləliklə, Şimali Koreya Rusiya ordusunu gücləndirmək müqabilində Moskvadan peyklərin buraxılması və istiqamətləndirici raket texnologiyaları alır.

SİA xəbər verir ki, bu barədə “Reuters” Cənubi Koreya parlamentariləri və kəşfiyyat orqanlarının bəyanatlarına istinadən məlumat yayıb.

Şimali Koreya Ukraynaya qarşı müharibədə iştirak etmək üçün bu ilin avqustunda Rusiyaya əlavə qoşun göndərə bilər. Milli Kəşfiyyat Xidmətinin (NIS) rəsmiləri ilə qapalı görüşdən sonra millət vəkili Lee Seonq-Kvun deyib ki,..əlavə qoşun yerləşdirmə vaxtı çox güman ki, avqustda olacaq.

Moskva genişmiqyaslı hücuma hazırlaşır

Cənubi Koreya kəşfiyyatı hesab edir ki, Rusiya avqustda Ukraynaya qarşı böyük hücum əməliyyatı planlaşdırır və Şimali Koreya bölmələrinin mümkün iştirakı bu planlarla bağlıdır.

Beləliklə, Pxenyan artıq Rusiyaya göndəriləcək qoşunların yeni səfərbərliyinə başlayıb. Bundan əlavə, may ayında Rusiya Təhlükəsizlik Şurasının əsas nümayəndələrindən biri Şimali Koreyaya səfər edib ki, bu da yəqin ki, koordinasiyanın bir hissəsi olub.

Hərbi texnologiya müqabilində silah

Həmçinin bildirilir ki, Şimali Koreya Rusiyanı artilleriya mərmiləri və raketlərlə təchiz edir və bunun müqabilində texniki yardım alır, xüsusən də peyklərin buraxılması və raket idarəedici sistemləri…

Bu razılaşmalar Şimali Koreya lideri Kim Çen Inın və Rusiya Federasiyasının rəhbərləri Vladimir Putinin 2024-cü ilin iyununda Vostoçnı kosmodromunda keçirilən sammit zamanı imzaladıqları qarşılıqlı müdafiə paktı çərçivəsində mümkün olub.

Pxenyanla Moskvanın yaxınlaşması regionda narahatlıq yaradır. Cənubi Koreya və ABŞ-ın yüksək rütbəli rəsmiləri artıq Şimali Koreyanın Ukraynadakı müharibədə iştirakını pisləyib və bunun yalnız münaqişəni dərinləşdirdiyini və Şimali Koreyanı dünya səhnəsində təcrid etdiyini bildiriblər.

Əli Babayev