Dünya

Trampdan narazı sərnişin təyyarəni partlatmaqla hədələdi


ABŞ Prezidenti Donald Trampın siyasətindən narazı qaldığı üçün bomba partlatmaqla hədələyən aviaşirkətin sərnişini Böyük Britaniyada saxlanılıb. SİA xəbər verir ki, bu barədə şahidlərə istinadən Britaniyanın “The Sun” qəzeti məlumat yayıb. Hadisə “EasyJet” aviaşirkətinə məxsus təyyarənin London–Qlazqo reysini yerinə yetirən zaman baş verib. Böyük Britaniyada qaçqın statusu olan 41 yaşlı Hindistan vətəndaşı “Allahu Əkbər” deyə qışqırmağa başlayıb, ardından isə üzərində bomba olduğunu və hazırda Şotlandiyada olan ABŞ liderinə “siqnal göndərməli” olduğunu bildirib. Digər sərnişinlər onu yerə yıxaraq zərərsizləşdiriblər. Onun baqajında partlayıcı qurğu aşkarlanmayıb. Təyyarə Qlazqoya endikdən sonra həmin şəxs polis tərəfindən saxlanılıb.