DİN yaşlı sürücülər üçün qaydalara yenidən baxmaqdan imtina edib
…Rusiya Daxili İşlər Nazirliyi 60 yaşdan yuxarı vətəndaşların nəqliyyat vasitələrini idarə etməsinə icazə verilməsi qaydasını dəyişdirməmək qərarına gəlib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə idarənin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
2036-cı ilə qədər hesablanmış yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi strategiyası layihəsindən qaydalara mümkün düzəlişlər haqqında bənd çıxarılıb.
İyulun 11-də dərc edilmiş sənədin orijinal variantında yaşlı sürücülərin uyğunlaşdırılması və onların idarəetməyə yararlılığının qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələsinə baxılması təklif edilir.
Səbəb onların iştirakı ilə baş verən yol qəzalarının sayının artması olub.
Statistikaya görə, 2017-ci ildən 2024-cü ilə qədər belə qəzaların sayı 25 faiz artıb.
Lakin geniş ictimai müzakirələrdən və ekspertlərlə müzakirələrdən sonra müvafiq bəndin çıxarılması qərara alınıb.
İrina Volkun qeyd etdiyi kimi, alınan rəylər nəzərə alınmaqla strategiyaya yenidən baxılacaq.
Eyni zamanda, Daxili İşlər Nazirliyi yol hərəkəti təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş qanunvericilik tədbirləri üzərində işi davam etdirəcək.
Strategiyanın yenilənmiş versiyası hələ dərc edilməyib.
Əli Babayev