ABŞ-da F-35 qırıcısı qəzaya uğrayıb
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F-35 qırıcısı Kaliforniyada qəzaya uğrayıb, lakin pilot sağ qalıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, CNN-in məlumatına görə, Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada F-35-in saat 18:30 radələrində qəzaya uğradığı bildirilib.
Bildirilib ki, pilot ejeksiyon sistemindən istifadə edərək təyyarədən təhlükəsiz şəkildə çıxıb və qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Açıqlamada qeyd olunub ki, F-35, pilot və ekipaj təlimlərinə cavabdeh olan VF-125 VF-125 Vuruş Qırıcı Eskadrasının bir hissəsidir. Hadisə yerindən olan görüntülərdə təyyarənin düşdüyü açıq ərazidən alov və sıx tüstünün yayıldığı görünür. Bu arada, yanvar ayında Alyaskada F-35 qırıcı təyyarəsi qəzaya uğrayıb və pilotun sağ-salamat olduğu bildirilir.