Sosial

Bakıda Əbdürrəhim bəy Haqverdiyev küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq


Bakının Yasamal rayonunun Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mətbuat prospektindən İnşaatçılar prospektinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sabah saat 08:00-dan avqustu 3-ü saat 22:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

“Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.